Sumqayıtda iki avtomobil toqquşub, xəsarət alanlar var

  • By ilhame
  • 19 İyul 2024 22:01

Sumqayıtda Çerkassi küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

 

Gununsesi info məlumat verir ki, “Hyundai” və “Kia” markalı minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

 

Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info