Sumqayıtda iki qardaş bir neçə dəqiqəlik fərqlə eyni yerdə qəzaya düşdü

Sumqayıtda eyni ərazidə iki qəza baş verib.

Gununsesi.info  xəbər verir ki, hadisələr Polad Həşimov və Səməd Vurğun küçələrinin kəsişməsində qeydə alınıb.

HTML tutorial

İlk növbədə dönmə manevri edən “Lada” və “Toyota” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən birinci maşın işıq dirəyinə, ikincisi isə bordürə çırpılıb.

Qeyd edək ki, sürücülərdən birinin qardaşı da bir neçə dəqiqə sonra həmin yerdə qəzaya uğrayıb. O, idarə etdiyi “Opel” ilə digər eyni markalı maşınla toqquşub.

Qəzalar nəticəsində iki nəfər xəsarət alıb.

Gununsesi.info