
Sumqayıt şəhərində “Kia” markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.
Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən xəbərə görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
Sumqayıt şəhərində kişi avtomobildə yanaraq ölüb.
Gununsesi.info xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsində qeydə alınıb.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Meyitin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.