Sumqayıtda kişi ilə qadının meyiti tapıldı

  • By admin
  • 16 Mart 2022 14:00

Sumqayıtda binanın damında meyit tapılıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının damından 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Görülən tədbirlər nəticəsində 1963-cü il təvəllüdlü Mərdəliyev Altay Teymur oğlunun meyiti aşağı düşürülərək aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1950-ci il təvəllüdlü Belarusova Zoya Aleksandrovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Gununsesi.info