Sumqayıtda kütləvi zəhərlənmə - 15 nəfər xəstəxanaya yerləşdirildi

  • By admin
  • 23 Sentyabr 2016 18:20

zeher

Sumqayıtda yerləşən müəssisələrdən birində işçilər arasında kütləvi zəhərlənmə qeydə alınıb.

Gununsesi.info report.az-a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən USPAY texnologiyalar müəssisəsində qeydə alınıb.

Məlumata görə, nahar vaxtı qida qəbul etdikdən sonra 15 işçi özünü pis hiss edib. Zəhərlənən şəxslər 1 saylı Sumqayıt şəhər Xəstəxanasının Toksikologiya şöbəsinə çatdırılıb. Onlar ilkin ambulator yardım aldıqdan sonra evə buraxılıblar.

Gununsesi.info