Sumqayıtda məktəblilərin monitorinqi keçirilir

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrini əhatə etməklə IV və VI şagirlərinin monitorinqi keçirilir.

Gununsesi.info – nun verdiyi xəbərə görə, sözügedən monitorinq şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV və VI sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formaldığının müəyyən edilməsi, ibtidai və ümumi orta təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlərin götülməsi məqsədilə keçirilir.