Sumqayıtda mənzildən meyit aşkarlandı

  • By admin
  • 15 Fevral 2023 09:21

Sumqayıtda mənzildən meyit aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112”qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunan FHN-in Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan bir nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Gununsesi.info