Sumqayıtda marşrut avtobusu atəşə tutuldu? – Rəsmi

  • By admin
  • 15 Noyabr 2017 22:41


Baş Prokurorluq Sumqayıt şəhərində marşrut avtobusunun atəşə tutulması barədə məlumatlara aydınlıq gətirib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya deyib ki, bu barədə sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Belə ki 7 saylı marşrut avtobusuna kənardan daş atılaraq şüşələri sındırılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, hazırda inzibati xətanı törədən şəxs və ya şəxslərin müəyyən olunaraq tutulması istiqamətində zəruri tədbirlər davam etdirilir”.

Gununsesi.info