Sumqayıtda mebel sexində bədbəxt hadisə – Ölən var

  • By admin
  • 31 Oktyabr 2023 08:47

Sumqayıtda 4 gün əvvəl iş yoldaşı ilə münaqişə zamanı başından zərbə alan 36 yaşlı kişi bu gün ölüb.

Gununsesi.info APA-ya istinadən bildirir ki, hadisə Çerkassi küçəsində yerləşən mebel sexlərindən birində baş verib.

1987-ci il təvəllüdlü Amid Həmid oğlu Gözəlov iş yoldaşı ilə mübahisə edib. Mübahisə zamanı A. Həmidov başından ağır zədə alıb. Zədə alan şəxs xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq o, bu gün müalicə aldığı xəstəxanada ölüb.

Fakt araşdırılır.

Gununsesi.info