
Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə Bakı-Quba yolunun 43-cü kilometrliyində, Sumqayıt şəhəri Zeynalabdin Tağıyev qəsəbəsində (Şirvan körpüsü adlanan yerdə) baş verib.
Belə ki, “Kamaz” “Opel” markalı avtomobillə toqquşub.
Nəticədə “Opel” markalı avtomobildə olan 1960-cı il təvəllüdlü Nuriyev Tofiq Şahbala oğlu xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağırdır.
Araşdırma aparılır.
Gununsesi.info