Sumqayıtda minik avtomobili yük maşını ilə toqquşdu: Xəsarət alan var - FOTOLAR

  • By admin
  • 27 Fevral 2023 21:04

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Bakı-Quba yolunun 43-cü kilometrliyində, Sumqayıt şəhəri Zeynalabdin Tağıyev qəsəbəsində (Şirvan körpüsü adlanan yerdə) baş verib.

Belə ki, “Kamaz” “Opel” markalı avtomobillə toqquşub.

Nəticədə “Opel” markalı avtomobildə olan 1960-cı il təvəllüdlü Nuriyev Tofiq Şahbala oğlu xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağırdır.

Araşdırma aparılır.