Sumqayıtda ölümlə nəticələnən ağır yol hadisəsi baş verdi

  • By admin
  • 01 Sentyabr 2016 14:28

0c2366cc5e13e280cbfe03c212273c53

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info-nun Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 31-də saat 10 radələrində Sumqayıt şəhərində şəhər sakini Nazim Nağızadə idarə etdiyi “VAZ-21144” markalı avtomobillə yolu keçən həmyerliləri Elmira Dünyamalıyeva və Samirə Şirinovanı vurub.

Hər iki piyada, habelə N.Nağızadənin 1 sərnişini xəstəxanaya yerləşdirilib, E.Dünyamalıyeva orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info