Sumqayıtda ölümlə nəticələnən ağır yol qəzası baş verdi

  • By admin
  • 13 Avqust 2016 11:57

sumqayit

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info-nun Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi xəbərə görə, avqustun 12-də saat 16 radələrində Sumqayıt şəhərində Yardımlı rayon sakini Orxan Qəhrəmanlı idarə etdiyi “Hyundai” markalı avtomobili maneəyə vurub.

Nəticədə sürücü və sərnişini Hüseyn Əsgərov xəstəxanaya yerləşdirilib, H. Əsgərov orada ölüb.
Faktla bağlı Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Gununsesi.info