Sumqayıtda ölümlə nəticələnən qəza baş verdi - ÖZƏL (FOTOLAR)

  • By admin
  • 20 İyun 2016 14:55

SUMQAYIT QEZA 7

Sumqayıt yolunda qəza baş verib. Gununsesi.info xəbər verir ki, hadisə Dövlət Yol Polisi postunun yaxınlığındakı piyada keçidinin yanında baş verib. Belə ki, 1964-cü il təvəllüdlü Məhərrəmov Bəxtiyar Məmmədağa oğlunun idarə etdiyi 10 FL 238 dövlət nömrə nişanlı “VAZ 2016” beton arakəsməyə çırpılıb.

İlkin məlumata görə, qəzaya səbəb sürücünün qəfil idarəetməni itirməsi olub. Hadisə zamanı ürücü Bəxtiyar Məhərrəmov ölüb. Yanında sərnişin qismində əyləşən və ağır yaralanan həyat yoldaşı isə, əraziyə çağırılan təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Qəza baş verən əraziyə Dövlət Yol Polisi (DYP) əməkdaşları gəliblər. Hadisə ilə bağlı avtotexniki ekspertiza təyin olunub. Tamamilə yararsız hala düşən avtomobil isə, evakuator vasitəsi ilə ərazidən uzaqlaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Gununsesi.info

 

SUMQAYIT QEZA

 

SUMQAYIT QEZA 6

 

SUMQAYIT QEZA 4

 

SUMQAYIT QEZA

 

SUMQAYIT QEZA 3

 

SUMQAYIT QEZA 5