Sumqayıtda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib - FOTOLAR

  • By admin
  • 08 Noyabr 2016 13:20

fhn2

Ötən gecə iki yol nəqliyyat hadisəsi baş verib. Sumqayıtda baş verən qəza ölümlə nəticələnib.

Gununsesi.info xəbər verir ki, Sumqayıtda ölümə səbəb olan yol nəqliyyat hadisəsi baş. Bakı Quba yolunda London taksisi kimi tanınan avtomobilin sürücüsü yolu keçmək istəyən 74 yaşlı Şahin Müseyb oğlu Hüseynxanovu vurub. Sürücü hadisədən sonra yaralını avtomobilinə qoyaraq xəstəxanaya gətirib. Lakin müayinə zamanı həkimlər Şahin Hüseynxanovun öldüyünü müəyyən ediblər. Hadisə yerində müstəntiq olub. Ölçülər aparılıb. Sürücünün ifadəsi alınıb. O, ifadəsində bildirib ki, piyada gecə vaxtı qəfil yoluna çıxdığından avtomobili saxlaya bilməyib və nəticədə hadisə baş verib.

Faktla əlaqədar cinayət işi başlanıb araşdırmalar davam edir.Yasamal rayonu ərazisində də yol qəzası baş verib. Hadisə Yasamal Rayon Polis İdarəsinin qarşısında qeydə alınıb. Abdulvahab Salamzadə küçəsi ilə hərəkət edən BMW markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil “Mazda” markalı maşına çırpılıb. Zərbədən sonra BMW alışıb. Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib. BMW markalı minik avtomobilinin yanar hissələri yanıb. Digər avtomobil isə yanğından mühafizə olunub. Qəza zamanı Namiq Zülfüqarov xəsarət alıb. O, xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatı üçün təhlükə olmadığını bildiriblər.

Faktla bağlı araşdırma aparılır. İlkin ehtimala görə, hadisəyə yüksək sürət səbəb olub.

fhn fhn1

Gununsesi.info