Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) Sumqayıt şəhərində quraşdırılan və müzakirələrə səbəb olan işıqforla bağlı daha bir açıqlama verib.
Gununsesi.info xəbər verir ki, oxu.az-ın sorğusuna cavab olaraq quraşdırılan işıqforda piyadaların yolu keçməsi üçün cəmi dörd saniyə vaxt verilməsi texniki nasazlıq səbəbindən olduğu bildirilib:
“Həmin ərazidə xidmət aparan Yol Patrul Xidməti əməkdaşları tərəfindən problem aşkar olunub və aidiyyəti üzrə məlumat verilib. Artıq texniki nasazlıq aradan qaldırılıb”.
Gununsesi.info