Sumqayıtda qəza: - Sərnişin avtobusları toqquşdu - FOTOLAR

  • By Günel
  • 09 Fevral 2025 10:34

Sumqayıt şəhərinin Koroğlu prospektində iki avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info Oxu.Az – a istinadən xəbər verir ki, 7 və 522 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusları toqquşub.

Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Polis əməkdaşları hazırda hadisə yerindədirlər.