Sumqayıtda qadın meyiti tapılıb

Sumqayıtda 53 yaşlı qadının meyiti aşkarlanıb.

 

Gununsesi.info məlumat verir ki, hadisə 14-cü məhəllədə qeydə alınıb.

 

1971-ci il təvəllüdlü Naibə Məhəmməd qızı Quliyevanın meyiti kirayə yaşadığı mənzildə aşkar olunub.

 

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info