Sumqayıtda qadına qarşı dələduzluq edən şəxs tutulub 

  • Müəllif: admin
  • 28 Sentyabr 2017 12:50

qandal-qolda
Dələduzluq yolu ilə 4600 manat pulunu almaqda şübhəli bilinən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşları tərəfindən dələduzluq yolu ilə şəhər sakini Sədaqət Əvəzovanı aldadaraq 4600 manat pulunu almaqda şübhəli bilinən İmran Cəbrayılov tutulub.

Ətrafında aparılan əməliyyat-istintaq tədbirləri ilə onun qardaşı Habil ilə birgə cari ilin mart ayının 3-də Ağaqədir Mahmudovu aldadaraq 8000 manat pulunu almaları da müəyyən edilib.

Anar

Gununsesi.info