Sumqayıtda qaynar su 1 yaşlı uşağın üzərinə dağılıb

  • By admin
  • 01 İyul 2018 10:35


Sumqayıt şəhərində bədbəxt hadisə nəticəsində 1 nəfər xəsarət alıb.

“Report”un yerli bürosunun məlumatına görə, 4-cü məhəllə, ev 13/20, mənzil 20-də yaşayan 2017-ci il təvəllüdlü yerli sakin Aslanzadə Leyla Rafayıl qızı yaşadığı mənzildə nəzarətsiz qalıb və üzərinə qaynar su dağılıb.

Azyaşlı qız dərhal yaxınları tərəfindən uşaq xəstəxanasına çatdırılıb. Ona I və II dərəcəli termik yanığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info