Sumqayıtda qaz təminatında fasilə olacaq

“Azəriqaz” İstehsalat Birliyi Sumqayıt sakinlərini qaz təminatında fasilə olacağına dair xəbərdar edib.

“Şəhər qazı-4 (Sumqayıt)” ölçü qovşağından qidalanan orta təzyiqli qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədar, 13.09.2022-ci il tarixdə saat 09:30-dan etibarən işlər başa çatanadək qeyd olunan ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Sumqayıt şəhərinin böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Gununsesi.info