Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb

  • By Günel
  • 14 Mart 2025 22:51

Sumqayıtda naməlum piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info “Report” a istinadən xəbər verir ki, hadisə şəhərin 76-cı məhəlləsində qeydə alınıb.

Sürücü Babək Əliyev idarə etdiyi sərnişin avtobusu ilə yolu keçən piyadanı (şəxsiyyəti dəqiqləşdirilir-red) vurub.

Ağır xəsarət alan piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info