
Bakl-Sumqayıt avtomobil yolunda ağır yol qəzası baş verib.
Gununsesi.info xəbər verir ki, Hadisə yolun 24-cu kilometrliyində qeydə alınıb. Sumqayıt istiqamətində yüksək sürətlə hərəkət edən “Lada” markalı avtomobilin sürücüsü yolun təmir gedən hissəsinə çatanda idarəetməni itirib. Avtomobil maneələri dağıdaraq, qarşı hərəkət zolağına keçib və Bakı istiqamətində hərəkətdə olan “Qazel” markalı yük maşınına çırpılıb. Qəza nəticəsində “Lada”nın sürücüsü və iki sərnişini, eləcə də, yüklə dolu “Qazel”in sərnişini xəsarət alıb. Yaralılar Sumqayıtdakı xəstəxanalara aparılıblar. Yol polisi əməkdaşları hadisə yerində müayinələr aparıblar. İlkin ehtimala görə, “Lada”nın sürücüsü sürət həddinin azaldılması ilə bağlı nişanlara məhəl qoymayıb və nəticədə qəza baş verib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Gecənin növbəti qəzası da Sumqayıtda baş verib. Hadisə zamanı yük maşını ilə sərnişin avtobusu toqquşub. Qəza Zeynalabidin Tağıyev qəsəbəsində baş verib. Şaqman markalı yük maşınının sürücüsü idarəetməni itirərək arxadan sərnişin avtobusuna çırpılıb. Avtomobillər ciddi deformasiyaya uğrasada xoşbəxtlikdən xəsarət alan olmayıb. Hadisə yerində polis əməkdaşları olublar. Müayinələr aparılıb. İlkin ehtimala görə, qəza Şaqman markalkı yük maşınının sürücüsünün ara məsafəsini düzgün saxlamaması səbəb olub. Araşdırmalar davam edir.

Gununsesi.info









