Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan taxta məmulatları sexinin taxtadan ibarət döşəməsi sahədə 10 m2 sahədə və 1 ədəd dəzgah yanıb.
Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Eyni zamanda Qəbələ rayonu, İmamlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 36 m2 olan taxta konstruksiyadan ibarət çayxananın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 05:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Anar
Gununsesi.info