Sumqayıtda üç ayda 9 evi soyanlar ələ keçdilər

  • By admin
  • 04 İyun 2018 11:44

Sumqayıtda üç ayda 9 evi soyanlar ələ keçdilər

Sumqayıtda bu ilin martından iyunun 1-dək olan müddətdə 9 evdən oğurluq edən şəxslər saxlanılıb.

Gununsesi.info-nun DİN-ə istinadən verdiyi xəbərə görə, evlərdən təmir-tikinti alətləri, elektrik naqilləri, inşaat materialları, qızıl-zinət, məişət və geyim əşyaları oğurlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxslər – Corat qəsəbə sakinləri Tasim Dadaşov və Rüfət Abasəliyev saxlanılıblar.

 Araşdırmalarla onların cinayət yolu ilə əldə etdikləri əşyaları 3 metal qəbulu məntəqəsinə satdıqları müəyyən edilib və maddi sübutlar polis əməkdaşları tərəfindən həmin məntəqələrdən aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.