Sumqayıtda üçotaqlı ev yandı

  • By admin
  • 01 Avqust 2021 09:23

Sumqayıt şəhərində ümumi sahəsi 110 kvadratmetr olan birmərtəbəli evdə yanğın baş verib.

 

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, üçotaqlı evin iki otağının yanar konstruksiyaları və dam örtüyü 60 kvadratmetr sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info