Sumqayıtda və Gəncədə dönərxana yanıb

  • By admin
  • 21 May 2023 11:52

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 40 m² olan obyektin (dönərxana kimi fəaliyyət göstərir) tüstü bacasında yağ qalıqları yanıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, obyekt yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan əlavə, Gəncə şəhərində ümumi sahəsi 88 m² olan birmərtəbəli obyektin (dönərxana kimi fəaliyyət göstərir) mətbəxində 1 ədəd kondisioner, 1 ədəd qaz sobası, 1 ədəd toster aparatı qismən və mətbəx mebeli 2 p.m yanıb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info