Sumqayıtda yanan yataqxana sakinləri üçün çadırlar quraşdırılır

  • By admin
  • 06 Avqust 2017 21:05

yataq0jpg-22-19-36
Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt şəhərindəki yataqxana binasında baş vermiş yanğından zərərçəkənlər üçün çadırlar quraşdırır.

Gununsesi.info Azərtac-a istinadən xəbər verir ki, avqustun 5-də Sumqayıt şəhərində beşmərtəbəli yataqxana binasında yanğın olub.

Yanğın nəticəsində mənzillərinə ziyan dəymiş bəzi vətəndaşların həyat fəaliyyətini təmin etmək üçün avqustun 6-da Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunları tərəfindən 30 çadırın quraşdırılmasına başlanılıb.

Çadırların quraşdırılması işlərinə FHN Mülki Müdafiə Qoşunlarının 35 nəfərlik şəxsi heyəti və texnikası cəlb olunub.

Gununsesi.info