Sumqayıtda yanğın baş verdi

  • By admin
  • 11 İyul 2022 09:43

Sumqayıtda binada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən xəbərə görə, şəhərin doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan üçotaqlı mənzilin iki otağında ev əşyaları 20 m² sahədə yanıb.

Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 5 m² sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info