Sumqayıt şəhərində yerləşən mənzillərin birində baş verən yanğında ana və övladları tüstüdən zəhərlənib.
Gununsesi.info “report”a istinadən məlumat verir ki, hadisə şəhərin 8-ci mikrorayon adlanan ərazisində baş verib.
Belə ki, mənzildə baş verən yağın nəticəsində 1996-cı il təvəllüdlü Heydərova Nuranə Zahid qızı və onun iki övladı – 2015-ci il təvəllüdlü Cəbrayılov Nihad İbrahim oğlu və 2018-ci il təvəllüdlü Cəbrayılov Renat İbrahim oğlu tüstüdən zəhərlənib.
Hər üç şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info