Sumqayıtda yataqxanada yanğın olub

Sumqayıtda yataqxanada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Gununsesi.org-a verilən məlumata görə, Sumqayıt şəhərində beşmərtəbəli yataqxana binasının birinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan altı ədəd elektrik sayğacı və kabellər 5 p.m. yanıb.

Mənzillər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.org