Sumqayıtda yol qəzası baş verib - AVTOMOBİL PİYADANI VURARAQ ÖLDÜRÜB

  • By admin
  • 01 Sentyabr 2019 23:14

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gününsəsi.org-un əldə etdiyi məlumata görə, qəza şəhərin Sahil küçəsində, Corat-Novxanı avtomobil yolunda qeydə alınıb. Belə ki, yolu keçmək istəyən piyada 1945-ci il təvəllüdlü Abbasov Oqtay Qəzənfər oğlunu avtomobil vurub. Aldığı bədən xəsarətlərindən piyada hadisə yerində dünyasını dəyişib.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

Gününsəsi.org