Sumqayıtda yol qəzası ilə bağlı xəstəxanaya gələn şəxslər həkimi döyüblər

  • By admin
  • 10 Mart 2018 22:10


Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının həkimi iş başında döyülüb.

“Report”un yerli bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi ilə bağlı xəstəxanaya gətirilən 1954-cü il təvəllüdlü Qasımov Kərim Qasım oğlu və adı hələ ki, bilinməyən oğlu ilə birlikdə həkim-travmatoloq Rza Rzayevə hücum edib.

Əlbəyaxa dava zamanı həkim möhkəm döyülüb.

Dərhal hadisə yerinə gələn polis əməkdaşları həkimə hücum çəkən şəxsləri saxlayaraq məsuliyyətə cəlb edib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info