Sumqayıtda yolun bağlanması sakinlərə təhlükəli vəziyyət yaradıb

  • By admin
  • 03 İyun 2018 16:20


Sumqayıtda piyada yolunun bağlanması sakinlər üçün təhlükəli vəziyyət yaradıb.

“Report”un məlumatına görə, şəhərin 6-cı mikrorayon ərazisində, Cəlil Məmmədquluzadə küçəsində avtomobillərin gediş-gəlişi məqsədilə nəzərdə tutulan yol sakinlər üçün təhlükəyə çevrilib.

Ərazidə tikinti işlərinin aparılması və sakinlərin gediş-gəlişi üçün nəzərdə tutulmuş səki üzərində bəzi işbazlar tərəfindən meyvə-tərəvəz mağazasının fəaliyyətə başlaması bir sıra çətinlikləri ortaya çıxarıb. Sakinlər istər gündüz, istərsə də axşam saatlarında nəqliyyat vasitələrinin hərəkət etdiyi küçənin mərkəzi ilə gedib-gəlmək məcburiyyətində qalırlar. Bu da həm sürücülərə qəza şəraiti yaradır, həm də sakinlər üçün təhlükə törədir.

Sakinlər bildiriblər ki, problemdən aidiyyatı qurumlar da xəbərdardır. Lakin tədbir görülmür.
Gununsesi.info