Sumqayıtda zəncirvari yol qəzası baş verib - XƏSARƏT ALANLAR VAR

  • By admin
  • 14 Sentyabr 2019 19:40

Sumqayıtda zəncirvari yol qəzası baş verib, xəsarət alanlar var.

Gununsesi.org-un məlumatına görə, hadisə Çerkassi və Niyazi küçəsinin kəsişməsində qeydə alınıb.

HTML tutorial

KİA, Lada və Mersedes markalı 3 minik avtomobilinin toqquşması ilə nəticələnən zəncirvarı yol nəqliyyat hadisəsi baş verib.

Qəza zamanı Lada və KİA markalı avtomobilin sürücüləri ağır xəsarət alaraq xəstəxanaya çatdırılıblar.