Sumqayıtdakı partlayışda yaralanan kişinin vəziyyəti ağırdır

Sumqayıt şəhərinin Sahil küçəsində, Corat-Novxanı yolunda yerləşən “Sunset” istirahət mərkəzinin qazanxanasında baş verən partlayış nəticəsində yaralanan kişinin vəziyyəti ağırdır.

Bu barədə TƏBİB-dən məlumat verilib.

HTML tutorial

Qeyd olunub ki, yaralanan 3 nəfər dünən saat 22:20 radələrində Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə yerləşdirilib:

“Xəsarət alan qadınlardan birinin bədən səthinin 45%-i, digərinin bədən səthinin 35-40%-i, kişinin bədən səthinin isə 60 %-i yanıb. Onların Reanimasiya şöbəsində müalicələrinə davam edilir. Hazırda iki qadının vəziyyəti stabil, kişinin vəziyyəti isə ağır stabil olaraq qiymətləndirilir”.

Gununsesi.info