Sumqayıtdakı partlayışdan görüntülər - Dağıntılar altından bir nəfər çıxarıldı - VİDEO

  • By Günel
  • 03 Dekabr 2024 08:28

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında yerləşən mənzildə partlayış baş verib.

FHN-dən Gununsesi.info – ya verilən məlumata görə, dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

Xilasedicilər tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində bu vaxtadək bir nəfər dağıntılar altından sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.

Əlavə məlumat veriləcək.

Hadisə yerindən görüntüləri təqdim edirik:




Gununsesi.info