“Sumqayıt”ın üç futbolçusu U-17 millisinə dəvət alıb

  • By admin
  • 12 İyul 2017 23:47

sumqayıttt

Azərbaycanın U-17 milli komandası təlim-məşq toplanışı keçirəcək. Toplanışda “Sumqayıt” futbol klubunun 3 futbolçusu – Səbuhi Abdullazadə, Rüfət Abdullazadə və Asəf Əliyev də yer alacaq.

Bu barədə Gununsesi.info–ya “Sumqayıt” futbol klubunun mətbuat xidmətindən bildiriblər.

Millinin toplanışı iyulun 10-dan 17-dək Bakı şəhərində, 18-dən avqustun 2-dək isə Qax rayonunda olacaq.

Gununsesi.info