“YouGov” şirkəti bu il Böyük Britaniyada keçiriləcək seçkilərlə bağlı rəy sorğusunun nəticələrini açıqlayıb. Sorğunun nəticələrinə əsasən, Britaniyanın baş naziri Rişi Sunakın Mühafizəkarlar Partiyası bu il keçiriləcək seçkilərdə böyük məğlubiyyətə düçar olacaq.
Gununsesi.info xəbər verir ki, sorğunun nəticələrini “The Telegraph” qəzeti dərc edib.
Sorğuya görə, Leyboristlər parlamentdə 385, Mühafizəkarlar isə cəmi 169 yer qazanacaqlar.
Bu nəticəni mühafizəkarların 1997-ci ildə Con Meyjorun rəhbərlik etdiyi partiyanın təxminən eyni sayda mandat itirdiyi məğlubiyyəti ilə müqayisə etmək olar. Və belə bir nəticə 1906-cı ildən bəri Britaniyada hakim partiyaya dəstəyin ən böyük azalması olardı.
Qəzet yazır ki, bu, Leyboristlər Partiyasına praktiki olaraq ən azı on il hakimiyyətdə qalmasına zəmanət verir, çünki belə böyük səs çoxluğu olan heç bir partiya növbəti seçkiləri uduzmayıb.
Sorğu həm də Şotlandiya Milli Partiyası üçün mənfi xəbərə yol açıb. Qeyd edilib ki, bu partiya yerlərinin demək olar ki, yarısını Leyboristlərə itirəcək və cəmi 25-i saxlayacaq.
“YouGov” tərəfindən rəyi soruşulan 14 000 insan adətən şirkətin sorğularında iştirak edən insanların sayından təxminən yeddi dəfə çoxdur.
Sorğu bir qrup mühafizəkar donorun sifarişi ilə keçirilib.
Son sorğular dəfələrlə Mühafizəkarların Leyboristlərdən geri qaldığını göstərib.
Noyabrda “YouGov “sorğusu göstərdi ki, Sunakın partiyası Leyboristlərdən 19 faiz geri qalır.
Gununsesi.info