
İsti havada göldə çimib sərinləmək 12 yaşlı yeniyetməyə qismət olmayıb.
Gununsesi.info xəbər verir ki, bədbəxt hadisə Tovuzun İbrahimhacılı kəndində baş verib. 12 yaşlı Maarif Qurbanov yaşadığı ərazidə yerləşən süni göldə çimərkən boğulub. Kənd sakinlərinin sözlərinə görə, göl dərin olmasada amma uşaqlar üçün təhlükəlidir. Burada çimənlər batmamaq üçün kaprondan olan su qablarını bir yerə toplayıb üzərlərinə bağlayırlar. Bu cür vasitələr isə suda boğulanlara heçdə kömək olmur.
Qeyd edək ki, ailənin 2-ci övladı olan İbrahimhacılı kənd sakinin meyidi bir neçə saat sonra sakinlər tərəfindən sudan çıxarılıb. Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info