
Süni İntellekt Siyasətləri Dərnəyi (AIPA) öz sahəsində Türkiyənin ən böyük və Avropanın aparıcı intellekt zirvələrindən biri olan “AI Tomorrow Summit 2024” təşkil etmək üçün hazırlıqları tamamlayıblar.
Gununsesi.info-nun verdiyi xəbərə görə, may ayının 23-24-də Ankarada keçiriləcək sammit milli və
beynəlxalq süni intellekt ekspertlərini bir araya gətirərək, sektordakı ən son inkişafları və gələcək proqnozları müzakirə edəcək.
“AI Tomorrow Summit 2024”-ün açılışında yüksək səviyyəli hökumət rəsmiləri, elm adamları,
akademiklər və iş adamlarının iştirakı ilə keçiriləcək. Tədbirdə, Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır, Türkiyənin ilk astronavtı Alper Gezeravcı, Karnegi Mellon Universiteti Süni İntellekt və İnsan-Maşın Əlaqələri İnstitutunun professor-müəllim heyəti üzvü dünyaca məşhur Prof. Dr. John Zimmerman, Huawei Cloud CTO Bruno Zhang, London Futuristlər Assosiasiyanın prezidenti David Wood, Terra Quantum UK baş meneceri Vishal Shete, Avropa Komissiyanın süni intellekt üzrə baş müşaviri Paul Nemitz kimi bir çox mühüm adlar qonaq kimi qarşılanacaq.
Bu il ölkədə 3-cü dəfə keçiriləcək sammit çərçivəsində “Gələcəkdəyik” mövzusu
17 sahə üzrə keçiriləcək. Futuristik Perspektivdən Süni İntellekt, Süni İntellekt və İqtisadiyyat
Transformasiya, Süni İntellekt: Təhlükəsizlik və İnnovasiyanın Gələcəyi, Ağıllı Şəhərlər və Süni İntellekt
İnteqrasiya, Süni İntellekt və İnqilab və Səhiyyədə İnnovasiya və Süni İntellekt: İş dünyasında
yeni Paradiqmalar kimi mühüm mövzular müzakirə olunacaq. Bu tədbirdə 70-dən çox
ekspert məruzəçi iştirakçılarla süni intellekt sahəsində ən müasir elmi və texnoloji məsələləri bölüşəcək.
Sammitin son günündə 19 istiqamətdə fərqlənənlərə mükafatlar təqdim olunacaq. Bu mükafat
kateqoriyaları arasında NASA-nın ilk türk alimi Prof. Dr. Dilhan Eryurta həsr olunan “Prof. Dr. Dilhan Eryurt Xüsusi Mükafatı” -da yer alır.
Hibrid formada keçiriləcək “AI Tomorrow Summit 2024”-də onlayn iştirak pulsuzdur və
iştirakçılara sertifikat veriləcək. Sammit Ankarada Bilkent oteldə baş tutacaq.
Gununsesi.info