Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Süni intellekt və kompüter dilçiliyi şöbəsində dörd əməkdaşın kompüteri yoxdur.
Gununsesi.info-nun xəbərinə görə, şöbənin müdiri Məsud Mahmudov deyib ki, həmin əməkdaşlar iş üçün evdən notbuk gətirirlər.
Məsələ ilə bağlı AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli də danışıb.
O deyib ki, ildə bir dəfə keçirilən tenderlə hissə-hissə kompüterlər alınır:
“200 nəfər işləyən yerdə hər kəsə eyni anda kompüter çatdırmaq olmur. Bir aydan sonra xeyli yeni nəsil kompüter paylanacaq. Onların şöbəsi adi kompüterlərlə işləyə bilməz, yaddaşı gərək böyük olsun”.












