
“Bazara məmur müdaxiləsi, inzibati təsirlər yalnız qısa müddətdə, dar bir məkanda mümkündür. Lakin belə müdaxilələr sonda heç bir müsbət nəticə verə bilmir”.
Gununsesi.info xəbər verir ki, bu haqda kəndə təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirib.
Mütəxəssisin fikrincə, belə müdaxilələr bazardakı iki oyunçudan birinin ya istehsalçının və yaxud da, istehlakçının ziyanına yönəlir ki, bu da sonrakı etaplarda belə süni yaradılmış vəziyyətdən müvəqqəti uduş əldə edənin hesabına həmin ziyan kompensasiya olunur:
“Alıcıları, satıcıları aldatmaq mümkün olsa da, bazarı aldatmaq mümkün deyil. Elə buna görə də hökumət məmurlarının mütamadi olaraq bazara təsir cəhdləri boşa çıxır.
Uzun müddətdir ki, Azərbaycanda “süni qiymət artımı” ifadəsi hökumət və nazirlər tərəfindən tez-tez işlədilir. Baxmayaraq ki, suni qiymət artımının nə demək olduğu haqda heç bir anlayış yoxdur. Bu gün İqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, “Nazirlər Kabinetinin sonuncu iclasında ölkə başçısı süni qiymət artımının qarşısının alınması ilə bağlı ciddi tapşırıqlar verib.
Uzun müddətdir ki, Azərbaycanda “süni qiymət artımı” ifadəsi hökumət və nazirlər tərəfindən tez-tez işlədilir. Baxmayaraq ki, suni qiymət artımının nə demək olduğu haqda heç bir anlayış yoxdur. Bu gün İqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, “Nazirlər Kabinetinin sonuncu iclasında ölkə başçısı süni qiymət artımının qarşısının alınması ilə bağlı ciddi tapşırıqlar verib.
Bununla bağlı İqtisadiyyat Nazirliyi öz səlahiyyətləri çərçivəsində lazımi tədbirlər həyata keçirirdi, lakin müşavirədən sonra bu cür tədbirlər daha da intensiv xarakter alıb. Nazirin sözlərinə görə, istehlak bazarında aparılan monitorinqlərin əhatə dairəsi genişlənib. Təbii ki, İqtisadiyyat Nazirliyi süni qiymət artımının qarşısını alacaq. Bu istiqamətdə bütün zəruri addımlar atılacaq”.
V.Məhərrəmov qeyd edir ki, bazar formalaşdırdığı qiymətin süni olub-olmadığını bunlar necə müəyyən edirlər:
“Bəlkə bunlarda analoqu olmayan qiymət ölçən, malın, məhsulun qimətinin süni və yaxud, təbii olduğunu dəqiq müəyyən edən hansısa bir cihaz var? Bəlkə bunlar optimal qiymətlə suni qiymət arasındakı həddi də müəyyən edə bilirlər. Belə bacarıq varsa, bu başqa məsələ. Ancaq tam əminliklə deyə bilərəm ki, bunların bazar iqtisadiyyatından anlayışı olsa, heç vaxt süni qiymət artımını dillərinə gətirməzlər.
Bu gün Azərbaycanda ərzaq mallarının qiyməti digər ölkələrlə müqayisədə 30-40 faiz yüksəkdir, bəzi malların qiymətində isə fərq 2 dəfə çoxdur. Bunun səbəbi isə inhisarçılıqdır, monopoliyadır. Monopoliya idxalda və topdansatış bazarındadır. Ölkədə işgüzar mühit yaransa, inhisarçılıq aradan götürülərsə, bazarlarda qiymətlər optimal həddə düşər”.
Vüsalə Rüstəmova
Gununsesi.info