Dəqiqədə 80 kəlmə işlədir.
Araşdırmalarla əldə edilən tapıntılara əsasən, Consonun öncəki dönəmlərdə 1 dəqiqədə 14 sözlə rabitə qurduğunu, yeni implantla isə 80 kəlmədən daha çox danışa bildiyini ortaya qoyulub.
Amerikada 20 il öncə danışma bacarığını itirən bir xəstə texnologiyanın köməyi ilə yenidən danışdırılıb.
Bəs, bu necə olub?
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, iki ABŞ universitetinin ortaq çalışması ilə suni zəka texnologiyasının köməyi ilə danışıq qabiliyyətini itirən adam yenidən danışma bacarığı qazanıb.
İllər öncə keçirdiyi beyin iflici ilə hərəkət və danışıqdan məhrum olan Ann Conson adlı bir qadın San Fransisko Universitetinin Berkley Kaliforniya Universiteti ilə birlikdə araşdırmaçıların başçılıq etdiyi çalışma ilə həyatının önəmli qismini yenidən qazanıb.
UCSF və UCB araşdırmaçıları tərəfindən icad edilən suni zəkadan dəstək alan beyin implantı Consona yenidən xoşbəxtlik yaşadıb.
Araşdırma işi onun beyninə 253 elektrodlu incə bir təbəqənin yerləşdirilməsi ilə başlayıb. Daha sonra özəl olaraq dizayn edilmiş bir texnologiya ilə elektrodların beyin siqnallarını oxuması təmin edilib.
Texnologiya Consonun əzələləri hərəkət etməsə belə, beyin siqnallarını çözərək nə söyləmək istədiyini anlayır, kompüter tərəfindən yaradılan bir avatar vasitəsi ilə danışıq və üz ifadələri sinteznlənir.
Dəqiqədə 80 kəlmə işlədir.
Araşdırmalarla əldə edilən tapıntılara əsasən, Consonun öncəki dönəmlərdə 1 dəqiqədə 14 sözlə rabitə qurduğunu, yeni implantla isə 80 kəlmədən daha çox danışa bildiyini ortaya qoyulub.
Tərcümə: Arzu