Son dönəmlərdə istifadəyə girən və insanların marağına səbəb olan suni zəka ilə bağlı bir çox ekspertlər həyəcan təbili çalırlar.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ChatGPT-nin emalçısı olan texnologiya şirkəti OpenAİ-nin CEO-su Sam Altman suni zəkanın insanlığın varlığı üçün bir təhdid yaratdığını açıqlayıb.
Suni zəka ilə bağlı ayrı-ayrı ölkələrə səfərlər edib, onun işini anladan Altman Birləşmiş Ərəb Əmirliyindəki (BƏƏ) çıxışında bu texnologiyanın nəzarət altında yoxlanılması üçün Ölkələrarası Atom Enerji Qurumuna bənzər bir texnologiyanın yaradılmasını təklif edib.
Microsoft şirkətinin 1 milyard dollarlıq yatırım etdiyi OpenAİ şirkətinin 38 yaşlı CEO-su Altman bunları söyləyib:
“Əsas olan dünyanın qarşı-qarşıya qaldığı bu təhlükələri necə yönəldəcəyimiz və suni zəkanın böyük faydalarından necə faydalana biləcəyimizdir. Kimsə dünyanı yox etmək istəmir”.
Altman çıxışında bəzi narahatlıqlarını da dilə gətirib.
O, və suni zəka sektorunun bir çox liderləri may ayında yazdıqları ortaq məktubda pandemiya və nüvə savaşı kimi böyük çaplı kütləvi təhlükələrlə yanaşı, suni zəkadan qaynaqlanan risklərin ən aza endirilməsinin gərəkli olduğu xəbərdarlığını etmişdi.
Tərcümə: Arzu