Suni zəka ilə döyüş dəyyarəsi – Üç ölkədən dünyaya səs salacaq layihə başladı

  • By admin
  • 09 Dekabr 2022 16:58

Suni zəka ilə döyüş dəyyarəsi – Üç ölkədən dünyaya səs salacaq layihə başladı

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İngiltərənin Baş naziri Rişi Sunak suni zəkadan istifadə ilə “ağıl oxuyan” yeni bir döyüş təyyarəsini 2035-ci ilə qədər istehsal etmək üçün İtaliya və Yaponiya ilə anlaşdıqlarını açıqlayıb.

Baş nazir ortaq layihənin İngiltərədə minlərlə adamı iş imkanı ilə təmin edəcəyini deyib.  Yeni tip savaş təyyarəsi, beləcə Tayfun (Tayphoon) tipli döyüş təyyarələrinin yerini alacaq.

Bu təyyarələr ingilis Tempest və yapon FC döyüş təyyarələrinin özəlliklərini birləşdirərək ərsəyə gətiriləcək. Bu yeni təyyarə ən qabaqcıl silah sistemlərinə sahib olacaq.

Raketi ərsəyə gətirmək üçün artıq çalışmalar başlanıb. Qabaqcıl sensorları işlədərək gizlilik içində hədsiz sürət etməsi planlanan savaş təyyarələri pilotların yüksək basqı altındaykən, ya da eyni anda birdən çox qərar verməsi lazım olacaq durumlarda suni zəkanı işlədərək sürücüyə önərmələr edəcək, köməkçisi olacaq.

Təyyarənin gərəkli olduğu anlarda pilotun istiqanətləndirməsi olmadan uça bilməsi və hipersonik raketləri hədəfə vura bilməsi hədəflənir.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info