Türkiyədə sünnət toyunda uşaqların gözü qarşısında erotik rəqs edən qadın həbs edilib.
Gununsesi.org xəbər verir ki, baku.ws-in Türkiyə mətbuatına istinadən məlumatına görə, Ailə Əmək və Sosial Xidmətlər Nazirliyinin rəsmi şəxslərinin iştirakı ilə baş tutan məhkəmədə G.K. “həyasızcasına hərəkətlər etmək” maddəsi ilə günahlandırılıb.
Musiqi sədaları altında uyğun olmayan hərəkətlər edən yarıçılpaq rəqqasəyə 10 ay həbs cəzası verilib.
Toya rəqqasə kimi çağırılan, lakin rəqs etməyən G.Y və M.M.-ya bəraət verilib. Eləcə də, hakim sünnət olunan uşağın anası, atası və əmisinə qarşı qaldırılan iddianı bağlanmış elan edib.
Xatırladaq ki, ötən ilin sentyabr ayında Menderes bölgəsində kənd meydanında təşkil edilən məclisdə yaşananlar ölkə ictimaiyyətini ayağa qaldırmışdı. Sünnət olunan uşaqla yanaşı bir çox uşağın olduğu yerdə belə bir rəqsin nümayiş edilməsi uşaqların cinsi istismarı, təhrik və təcavüz kimi qiymətləndirilərək araşdırma başlanmışdı.