
Seksi şüurlu şəkildə etmək bir sənətdir. İdeal seksdə həm qadına, həm də kişiyə məsuliyyət düşür. Bəs, bütün dünyanın maraqlandığı seks, həyatımızın ən dadlı, zövqlü və ləzzətli anını necə dadlandıraq? İdeal bir seks necə olmalıdır?
Gununsesi.info xarici mətbuata istinadən bu mövzunu sizin üçün təqdim edir.
Zövq almaq gözəl bir seksin son nöqtəsidir. Zirvəyə çatmaq üçün ediləcək bir sıra addımlar var.
“Super seks” həyəcanın, zövqün, əyləncənin bol olduğu zamansızlıq duyğusudur. Saatlar dəqiqə kimi keçər, saniyə sonsuzluğu ifadə edər.
Super seks sınaqlarında olan qadınlar seks zamanı özlərindən “yaxşı görünürəmmi”, “Məni bəyənirmi”, kimi şüursuz suallar soruşmazlar. Həmin anın dadını çıxarmağa çalışarlar. Beyinlərini başqa şeylərlə məşğul edərlər.
Boşluqda qeyb olma duyğusu
Gözəl və doyumsuz seksdə qadın son dərəcə zövq alar. Çevrəsini, harada olduğunu, hətta qarşısındakı kişisini partnyorunu belə unudar.
Özlərini qeybə uğradan bu qadınlar təxminlərindən daha güclü duyğular yaşadıqlarını etiraf edərlər.
Seksdə doğru poza, ön “salat” – öpüşmə, toxunuş, duyğuları işə salmaq çox önəmlidir.
Qadın duyğu, təmas, adlı seksin “dadı-duzu” ilə kişi ilə birlikdə bir başlanğıc edir.
Yaşanan seksin bir bölümündə qadın özü ilə, dünya ilə və qarşısındakı partnyoru ilə bütünləşdiyi duyğusuna qapılar. Uyğunlaşma çətinliyi çəkməzlər.
Beyinlərini rahat şəkildə yaşadıqları ana verərlər. Bu da bədənin seksə təpki verməsini asanlaşdırır.
Mükəmməllik duyğusu
Tək adam olma duyğusu. Super seks zamanı heç deyilsə seksin bir bölümündə qadın özü ilə, dünya ilə, kişi ilə bütünləşdiyi duyğusuna qapılar. Cəmləşmə, birləşmə çətinliyi yaşamaz. Beynini asan şəkildə yaşadığı ana verə bilər. Bu da bədənin seksə təpki verməsini asanlaşdırar.
Mükəmməllik duyğusu: Yataqda ən gözəl anları soruşulduqda, qadın cavab verməkdə çətinlik çəkir. Bu da seksual anları və zövqləri bir-birindən ayırmaqda çəkdiyi çətinliklərdir.
Sevişmənin hər bölümü və hər sevişmə özəldir. Çünki hər şey elə mükəmməldir ki…
Güvənlik hissi
Bir çox qadın super seksi barışıq və güvən dolu anlar olaraq qiymətləndirər. Elə qadın güvəndə olduğunu hiss etdikdə, bu qədər rahat bir sevişmə yaşayar.
Müəyyənlik
Super seks zamanı qarşınızdakına açıq olmamaq mümkünsüzdür. Bir cüt bir-biri ilə nə qədər çox duyğuları və özəl arzularını paylaşarsa, münasibət və cinsi əlaqə o qədər parlaq və doydurucu olar.
Hər seks dad, zövq və həyəcanlı olmur, bütün rəngləri özündə birləşdirə bilmir. Bunun üçün təcrübə, sənətin incəliklərini, toxunuşlardakı mənanı, baxışlardakı “elektrik”i, beyinlərdəki duyğuları və bədənlərdəki ehtirası bir-birinə ötürə bilmə sənətinin ustalıqlarını hərfi-hərfinə bilmək lazımdır.
Seksdə ən parlaq incəliklərdən biri də bədəndəki qan dövranını və beyindəki düşüncələri, köklənməni düzgün kontrol etməkdir.
Tərcümə: Arzu