Səudiyyə Ərəbistanında “Fənərbaxça” ilə “Qalatasaray” arasında keçirilməsi planlaşdırılan Superkubok finalının ləğv edilməsindən sonra matçın təşkilatçısı “Riyadh Season” açıqlama verilib.
Gununsesi.info xəbər verir ki, açıqlamada “Türkiyə Cümhuriyyətinin dövlət himninin səsləndirilməsi və tribunalarda türk bayraqlarının nümayişi ilə bağlı razılığa gəlmişdik. Bu razılaşmaya baxmayaraq, hər iki komandanın razılaşmaya əməl etməməsi təəssüf doğurdu və bu, matçın keçirilməməsinə səbəb oldu” bildirilib.
Səudiyyə Ərəbistanında keçirililməsi planlaşdırılan Superkubok finalı hər iki komandanın futbolçularının Atatürk rəsmli köynəklərlə matçdan əvvəl isinmə hərəkətləri etmək istəməsi səbəbindən ləğv edilib.
Gununsesi.info