Suqovuşan uğrunda döyüşlərdən real kadrlar -VİDEO

Azərenerji ASC rəsmi sosial şəbəkə səhifələri Suqovuşanın işğaldan azad edilməsinin 2-ci il dönümü günü maraqlı paylaşım edib.

Gununsesi.info  xəbər verir ki, görüntülərdə Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdən real kadrlar, dağıdılmış və istismar edilmiş su elektrik stansiyasının müharibədən sonra tamamilə yenidən qurulması, Ali Baş Komandanın Suqovuşanla bağlı çıxışları ardıcıllıqla əks olunub.

HTML tutorial

Qeyd edək ki, ötən il oktyabrın 3-də, Suqovuşanın işğaldan azad edilməsinin birinci ildönümündə, Prezident İlham Əliyevin iştirakı ilə Tərtərdə “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub. (axar.az)

Gununsesi.info